Kökcü Türkiyə millisini seçdi

Kökcü Türkiyə millisini seçdi
DÜNYA FUTBOLU 21 İyul 2019 / 09:51 6176
-  A +

"Feyenoord" klubunun yarımmüdafiəçisi Orkun Kökçü milli komanda ilə bağlı seçimini edib.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, Türkiyə və Hollandiya Futbol Federasiyalarından təklif alan 18 yaşlı futbolçu "ay-ulduzlular"ı seçib.

Qeyd edək ki, Orkun Hollandiyanın U-19 yığmasında 7 oyun keçirib. Ötən mövsüm "Feyenoord"da 12 matçda meydana çıxan yarımmmüdafiəçi 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Onu da əlavə edək ki, Orkunun böyük qardaşı Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvüdür.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner