"Arsenal" - "Neftçi" görüşündə alban hakimlər

"Arsenal" - "Neftçi" görüşündə alban hakimlər
ÖLKƏ FUTBOLU 20 İyul 2019 / 12:35 3785
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) – "Neftçi” matçının hakim təyinatları açıqlanıb.

Qol.az-ın Bakı klubunun saytına istinadən yaydığı xəbərə görə, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

Qeyd edək ki, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner