"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni transferini qeyri-adi üsulla təqdim edib.
Qol.az xəbər verir ki, Tula təmsilçisi yeni oyunçusunun şəklini sosial şəbəkədəki rəsmi səhifəsində qocalma effektindən istifadə edərək yayımlayıb.
Azarkeşlər fotodakı "qoca"nın müdafiəçi Aleksandr Dovbnya olduğunu ehtimal edirlər. "Lokomotiv" klubunun yetirməsi olan 23 yaşlı futbolçu Rusiya yığması ilə U-17-lər arasında Avropa çempionudur.
Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Speranta"sını 3:0 hesabı ilə məğlub edən "Neftçi" rəqibini keçsə, növbəti raundda "Arsenal"la qarşılaşacaq. "Neftçi" ilə "Sperantsa" arasında cavab matçı iyulun 18-də "Bakcell Arena"da keçiriləcək.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu