Türkiyənin "Menemenspor" klubu yay transfer pəncərəsində gülməli səhvə yol verib.
Qol.az-ın "fotoyaa.gn" saytına istinadən yaydığı xəbərə görə, birinci divizion təmsilçisi Portuqaliyanın həvəskarlar liqasında çıxış edən "Alkoşetense"nin futbolçusu Alfa Callounu heyətinə qatsa da, bir gün sonra qambiyalı oyunçu ilə müqaviləni ləğv edib.
Buna səbəb menecerlərin futbolçunu İtaliyanın "Kyevo" klubunda oynayan həmsoyadı Lamin Callou ilə qarışıq salmasıdır. Lamini transfer etmək istəyən klub əvəzində Alfanı heyətinə qatıb ki, nəticədə bu cür kuryoz hadisə ortaya çıxıb.
Qeyd edək ki, Lamin Callou ötən mövsüm icarə əsasında "Salernitana"da 35 oyuna 6 qol vurub. A. Callou isə bu günə qədər peşəkar səviyyədə oyun keçirməyib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu