"Qəbələ" Çexiyanın "Viktoriya" (Jijkov) klubuna icarəyə verdiyi Samir Qurbanovun transferinin detallarını açıqlayıb.
Qol.az-ın əyalət təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, klublar arasındakı razılaşmaya əsasən, iki illik icarə müddətində qarşı tərəf "Qəbələ"yə ödəniş etməklə 18 yaşlı hücumçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, futbolçunun satışından "qırmızı-qaralar" 20 % əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, S. Qurbanov 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Gənclər Liqası turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
"Qəbələ" yetirməsinə yeni klubunda uğurlar arzu edib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"