"Neftçi” futbolçu Kvame Karikari ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq futbolçunun yeni komandası da bəllidir. O, Tbilisi "Dinamo"suna keçib. Gürcüstan klubunun rəsmi saytı Karikari ilə 1+1 illik müqavilə imzalandığını açıqlayıb.
2017/2018-ci illər mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qol vurmuş 27 yaşlı qanalı hücumçu son mövsümü icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib.
Xatırladaq ki, "Neftçi" yay fasiləsində Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Mirabdulla Abbasov, Fəhmin Muradbəyli, Qoran Paratski, Petru Raku və Canluka Sansone ilə də vidalaşıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"