Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.
Xatırladaq ki, "Qarabağ"a yay fasiləsində ispaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvanı heyətinə cəlb edib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"