Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"