"Cavab oyununa hazırlaşırıq. Sabah Bakı səfəri öncəsi daha bir məşqimiz olacaq. Deyə bilərəm ki, hər şey yolunda gedir".
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda yerli jurnalistlərə açıqlamasında deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri cavab oyununa hazırlaşdıqlarını söyləyən italiyalı mütəxəssis Bakıda onları çətin görüş gözlədiyini bildirib:
"İlk oyunu təkrar izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Məsələn, top rəqibdə olanda necə oynamalıyıq, yaxud da əksinə. Özümüzə inanırıq. Düzdür, bizi Bakıda çətin oyun gözləyir. Amma öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Qarşıda hələ 3 günümüz var. Hansı futbolçuların formada olduğunu görə biləcəyik. Əsas məqsədimiz top rəqibdə olanda müdafiə olunmaq, bizdə olanda isə hücuma keçməkdir. Hər şeyə hazır olmalıyıq".
Mərhələ adlamaq şanslarını da dəyərləndirən Lerda hər şeyin mümkün olduğunu deyib: "İnamımız var. Necə olacağını oyun göstərəcək. Böyük büdcəsi olan və ardıcıl bir neç ildir avrokubokların qrupunda mübarizə aparan komandaya qarşı oynayırıq. "Qarabağ"ın nəyə qadir olduğunu bilirik. Ancaq futbolda hər şey ola bilər".
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu