“Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu, bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.
O, yeni transferlərin komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmədiyini söyləyib: "Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır”.
Xatırladaq ki, “Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda “Zirə”ni məğlub (5:3) edib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu