“Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Hazırlıq prosesi əla ab-havada keçir. Bu da hər kəsi sevindirir. Artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Hər iki görüşdə Avropa Liqası təcrübəsinə malik, yaxşı komplektləşmiş Ukrayna klubları ilə üz-üzə gəlmişik. “Mariupol”a qalib gəlib, “Vorskla”ya uduzsaq da, komandanın istəkli olması, döyüşkənliyi sevindiricidir”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nun qapıçısı Anar Nəzirov Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı barədə fikirlərini bildirərkən deyib.
Klubun rəsmi saytına danışan 33 yaşlı qolkiper "qırmızı qaralar"da heyətin yenidən formalaşması haqda da danışıb: “Komanda yenidən formalaşır. Bu prosesdə əsasən klubun öz akademiyasının yetirmələrinə üstünlük verməyə çalışılır. Əlbəttə, heyətdə bir neçə təcrübəli futbolçu və legionerlər də yer alıb. Hər futbolçu məşqçilərin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Məşqlərdə səylə hazırlıq keçməklərindən hiss olunur ki, hər kəs məsuliyyəti yaxşı başa düşür. Buna görə də hamı etimadı doğrultmağa çalışır. Əgər belə istək, həvəslə davam edəriksə, komanda adına yaxşı işlər görə bilərik”.
Qolkiper Avropa Liqasının II təsnifat mərhələsi haqda da danışıb: “Böyük ehtimalla Tbilisi “Dinamo”su ilə qarşılaşacağıq. Toplanış zamanı şahid olduğumuz istək, özünəinam və mübarizəni Gürcüstan klubu ilə görüşlərdə də görsək, istədiyimiz nəticələrə nail ola bilərik. Heyət yeni formalaşmaqda olduğu üçün bu üç amil daha çox lazımdır”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı