Argentina Futbol Federasiyası yığmanın baş məşqçisi Lionel Skalonini istefaya göndərməyəcək.
Qol.az-ın "goal"a istinadən yaydığı xəbərə görə, 41 yaşlı mütəxəsislə yeni müqavilə imzalanacaq. Artıq federasiya ilə yeni sözləşmənin şərtlərini razılaşdıran çalışdırıcı ən azı DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər millinin sükanı arxasında olacaq.
Qeyd edək ki, Skaloni ötən ilin avqust ayından Argentina yığmasına başçılıq edir. O, bir neçə gün öncə başa çatan Amerika kubokunda komandasına bürünc medallar qazandırıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu