Avropa Liqasının 1-ci təsnifat mərhələsində hazırda keçirillən “Səbail” – “Universitatya” (Rumıniya) oyununu izləyənlər arasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da var.
Qol.az xəbər verir ki, həmçinin, AFFA-nın baş katibi Elxan Məmmədov, federasiyasının İcraiyyə Komitəsinin bir neçə üzvü və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də tribunadan oyuna baxır.
Qeyd edək ki, hazırda görüşdə hesab 1:1-di.