2018-2019 mövsümünün sonunda "Neftçi"dən ayrılan Petru Rakunun yeni klubu müəyyənləşib.
Qol.az-ın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi karyerasını Rumıniya çempionatında davam etdirəcək. Moldovalı futbolçu "Petrolul"la 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Raku ötən mövsümün ikinci yarısını "Neftçi"dən keçirmişdi. O, "ağ-qara" forma ilə cəmi 2 oyunda meydana çıxmışdı.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer