"Çətin oyun gözləyirik. Bu həm də komandamızın yeni mövsümdə ilk rəsmi matçıdır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Bu sözləri Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure deyib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Səbail"lə Bakıda keçiriləcək ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan 45 yaşlı mütəxəssis rəqib haqqında tam məlumat toplaya bilmədiklərini bildirib:
"Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq. Çalışacağıq ki, nəticə bizim üçün müsbət olsun. Hər dəfə rəqib haqqında maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridir. Ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. Çünki fasilədə dəyişikliklər olur".
Rumıniyalı məşqçinin sözlərinə görə, futbolda məsafənin uzaqlığı problem olmamalıdır: "Uçuşumuz cəmi 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti temepratur narahat edir. Bu iqlimə öyrəşməliyik. Strategiyamız oyundan sonra bəlli olacaq. Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq".
Papure hələlik start heyətini müəyyənləşdirmədiyini söyləyib: "Səbail" Rumıniyadan bir Erik da Silvanı gətirib. Bunu nəzərə alsaq, onların bizim haqqımızda məlumatı daha çoxdur. Rəqib yox, öz oyunumuz haqqında düşünürəm. Hələlik start heyəti barədə bir söz deyə bilmərəm".
Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq (APA).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov