2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.
Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı