“Messi “Barsa”nın lehinə səhvlər ediləndə niyə rüşvətdən danışmırdı?”

“Messi “Barsa”nın lehinə səhvlər ediləndə niyə rüşvətdən danışmırdı?”
DÜNYA FUTBOLU 8 İyul 2019 / 17:42 4994
-  A +

Braziliya millisinin müdafiəçisi Markinyos Argentina yığmasının kapitanı Lionel Messinin FİFA və hakimlər haqda səsləndirdiyi sensasiyalı fikirlərə münasibət bildirib.

Qol.az-ın ESPN nəşrinə istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu deyib: “Messinin sözləri məyusedicidir. Leo ilə oynayan və rəqib olan futbolçuların hamısı ona heyrandır. Ancaq söylədikləri, komanda yoldaşlarım kimi, mənim də xoşuma gəlmədi. “Barselona” və Argentinanın lehinə hakim səhvləri olanda Messinin rüşvət haqda danışdığını eşitməmişəm. Uduzmağı da bacarmaq lazımdır”.

Qeyd edək ki, Messi Amerika kubokunun Çili ilə 3-cülük oyunundan (2:1) sonra mükafatlandırma mərasiminə qatılmamış, rüşvət və hakimlərin Argentinanın finala çıxmasına imkan vermədiyini bildirmişdi.

Son xəbərlər