"Keşlə"dən daha iki transfer

"Keşlə"dən daha iki transfer
ÖLKƏ FUTBOLU 8 İyul 2019 / 17:20 4660
-  A +

"Keşlə" heyətinə iki yeni futbolçu cəlb edib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Emin Mehdiyevlə müqavilə imzalanıb. Hər iki futbolçu 1 illik sazişə qol çəkib.

Qeyd edək ki, "Keşlə" buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov,  Franko Flores,  Ziya Əzizov və Stanislav Namaşkonu da transfer edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner