Viktor Valdes "Barselona"ya qayıdır

Viktor Valdes "Barselona"ya qayıdır
DÜNYA FUTBOLU 8 İyul 2019 / 16:34 4838
-  A +

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes Kataloniya klubuna qayıdır.

Qol.az xəbər verir ki, bu barədə klub prezidenti Xosep  Bartomeu yerli mətbuata açıqlamasında məlumat verib. O, 38 yaşlı keçmiş qolkiperin doğma komandasına qayıdacağı üçün şad olduğunu bildirib. İspaniya millisinin sabiq üzvü klubun akademiyasında məşqçi kimi çalışacaq.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes  2014-cü ilə kimi bu komandada  çıxış edib. Daha sonra isə "Mançester Yunayted", "Standard" və "Midlzbro" klublarında da oynayıb.

Son xəbərlər