Amerika kubokunu Braziliya qazandı

Amerika kubokunu Braziliya qazandı
DÜNYA FUTBOLU 8 İyul 2019 / 01:56 6281
-  A +

Braziliyada təşkil edilən Amerika kubokuna yekun vurulub.

Qol.az xəbər verir ki, bu gün final qarşılaşmasında meydan sahibləri ilə Peru millisi üz-üzə gəlib. Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "sambaçılar" tarixində 9-cu dəfə bu titulu qazanıb.

Qeyd edək ki, yarışın bürünc mükafatına Argentina yığması sahib olub. 


Braziliya - Peru - 3:1
Qollar:
Everton, 15 (1:0), Gerrero, 44-pen. (1:1), Qabriel Jesus, 45 (2:1), Riçarlison, 88-pen. (3:1)
Qırmızı vərəqə: Qabriel Jesus, 70 (Braziliya)

Son xəbərlər