ABŞ millisi dünya çempionu oldu - qadınlar arasında

ABŞ millisi dünya çempionu oldu - qadınlar arasında
DÜNYA FUTBOLU 7 İyul 2019 / 21:14 3057
-  A +

Fransada keçirilən qadınlar arasında dünya çempionatı başa çatıb.

Qol.az xəbər verir ki, finalda ABŞ və Hollandiya yığmaları qarşılaşıblar. Avropa təmsilçisinə 2:0 hesabı ilə qalib gələn amerikalılar ardıcıl 2-ci dəfə mundialın qalibi olublar.

Onlar 2015-ci ildə Yaponiya seçməsini finalda 5:2 hesabı ilə məğlub edərək, qızıl medallara yiyələnmişdilər.

Qeyd edək ki, bu, ABŞ-ın ümumilikdə 4-cü dünya çempionluğudur. Qadınlar arasında dünya çempionatı 1991-ci ildən keçirilir.


Qadınlar arasında dünya çempionatı

Final

7 iyul

ABŞ - Hollandiya - 2:0
Qollar:
M. Rapino, 61 (1:0), R. Lavell, (2:0)

Son xəbərlər