Dünya çempionatları tarixində rekord pul qoyuluşu qeydə alındı

DÇ-2010 9 İyul 2010 / 15:27 3172
-  A +

Dünyanın nüfuzlu futbol kontorlarından olan «Uilyam Hill» dünya çempionatları tarixində ən böyük qoyuluşunu qeydə alıb. Qol.Az-ın «Eurosport»a istinadən verdiyi məlumata görə, Almaniya millisinin azarkeşlərindən biri ispanlarla oyunda komandasının qələbəsinə 500 min avro pul qoyub. "Bu, ən yüksək rəqəmdir. Buna qədər almanların qələbəsinə 80-100 min avro pul qoyuluşu edənlər var idi» - deyə kontorun nümayəndəsi Qrem Şarp bildirib.
Onun sözlərinə görə, təkcə Almaniyanın İspaniyaya məğlubiyyətinə görə beş milyon avro gəlir əldə ediblər.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır