"Messi ilə mən heç sarı vərəqəyə də layiq deyildik" - Medel

"Messi ilə mən heç sarı vərəqəyə də layiq deyildik" -  Medel
DÜNYA FUTBOLU 7 İyul 2019 / 11:38 4604
-  A +

Çili millisinin yarımümdafiəçisi Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı insidentdən danışıb.

Qol.az xəbər verir ki, o, “gola.com”a açıqlamasında  Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə  meydandan qovulmalarınının düzgün qərar olmadığını bildirib:

“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə bilərdi”.

Xatırladaq ki, Argentinanın qalib gəldiyi oyunun (2:1) 37-ci dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib və hər iki oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.

Son xəbərlər