Messidən ağır ittihamlar - "Futbol məhv olur"

Messidən ağır ittihamlar -  "Futbol məhv olur"
DÜNYA FUTBOLU 7 İyul 2019 / 09:56 6982
-  A +

Amerika kubokunda bürünc medalı qazanan Argentina millisinin kapitanı Lionel Messi mükafatlandırma mərasiminə qatılmayıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bunu hakimlərin onlara qarşı qərəzli olması ilə əlaqələndirib:

“Biz korrupsiya və hörmətsizliyin qurbanı olmamalıyıq. Üçüncü olduq, ancaq daha artığına layiq idik. Hakimlər finala çıxmağımıza imkan vermədilər. Korrupsiya və hakimlər insanların futboldan zövq almağına mane oldu. Futbol məhv olur. Düzünü demək lazımdır.

Braziliya Amerika kubokunu qazanacaqmı? Bununla bağlı şübhəm yoxdur. Təəssüf ki, hər şey Braziliya üçün edilir. Ümid edirəm ki, hakimlər finalda nəyəsə təsir etməyəcək. Peru da mübarizə aparacaq. Ancaq çətin olacaq”.

Son xəbərlər