PSJ 19 yaşlı qapıçı aldı

PSJ 19 yaşlı qapıçı aldı
DÜNYA FUTBOLU 6 İyul 2019 / 19:40 3257
-  A +

PSJ heyətinə yeni futbolçu qatıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi "Çelsi"dən ayrılan qapıçı Marçin Bulkanı transfer edib. 19 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış edən polşalı qolkiper əsas komandada oyun keçirməyib. O, London klubunun gənclər komandasında forma geyinib. Ümumilikdə 31 oyun keçirən Bulka 42 qol buraxıb. O, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.


Son xəbərlər