“1xBet” bukmeyker şirkəti və “Barselona” futbol klubu 2024-cü ilin 30 iyun tarixinədək əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu sponsorluq razılaşmasından sonra dünyanın aparıcı mərc şirkətlərindən olan “1xBet” Kataloniya klubunun yeni qlobal tərəfdaşına çevrilib.
“Barselona” ən yaxşı tərəfdaşları tapmaq üçün qlobal strategiyanın bir hissəsi olaraq 1 iyul tarixində qüvvəyə minmiş razılaşmanı nəzərdən keçirir. Klub inanır ki, “1xBet” ilə razılaşma İspaniyanın hazırkı çempionlarına komanda nəticələrində liderliyini, həmçinin, marketinq və idman sponsorluğunu qoruyub saxlayacaq.
Razılaşma “Barselona” və “1xBet”in müxtəlif sahələrdə əməkdaşlığını, rəqəmsal fəaliyyətlərə xüsusi diqqət yetirərək, həm meydança daxili, həm meydançadan kənarı əhatə edir. “1xBet” promosyon materiallarını və marketinq kampaniyalarını tanıtmaq üçün klubun futbolçularını cəlb edə biləcək.
BK “1xBet”, öz sahəsində və Avropa, Asiya, Latın Amerikasında olan ofisləri ilə 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Daha əvvəl şirkət İspaniyada La Liqa, İtaliyada A Seriyası və İngiltərə futbol klubu “Tottenhem”in də daxil olduğu bir sıra tanınmış tərəfdaşlar ilə müqavilə imzalayıb.
Tərəflər hər iki brendin potensialını nəzərə alaraq əməkdaşlığın effektiv olacağına əmindirlər.
Josep Pont, “Barselona” FK-nın idarə heyətinin üzvü və klubun ticarət bölməsinin başçısı:
"Biz əminik ki, “1xBet” ilə olan razılaşma həm meydança daxili, həm də meydançadan kənar böyüməyimizə kömək edəcək. Bu razılaşma qlobal genişlənmə strategiyasını gücləndirəcək və əminəm ki, bu, dünyanın yeni idman azarkeşləri ilə ünsiyyət qurmağımıza yardımçı olacaq".
Alex Sammers, “1xBet” nümayəndəsi:
"Dünyanın ən güclü klublarından biri ilə saziş imzaladığımız üçün çox xoşbəxtik. Biz əminik ki, “Barselona” azarkeşlərinə müxtəlif təkliflər edə bilərik. Səmərəli əməkdaşlığa ümid edirik. “Barselona”nın şüarı "Klubdan daha artıq"dır. Ümid edirik ki, önümüzdəki 5 il ərzində komandanın azarkeşləri “1xBet”in bukmeker şirkətindən daha artıq olduğunu görəcəklər".
“1xBet” haqqında
BK “1xBet” öz sahəsində 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Mərc sənayesində sürətlə inkişaf edən şirkətlərndən biri olan “1xBet”in Avropa, Asiya və Latın Amerikasında yerləşən ofislərində 5000-dən çox peşəkar çalışır.
“1xBet” müştərilərinə matçdan əvvəl və canlı rejimdə ən çox sayda tədbir təqdim edir. Şirkət müştərilərə geniş çeşidli əyləncə təklif edərək, nüfuzlu onlayn slotlara və digər oyunlara malikdir. Rəqəmsal sövdələşməyə yönəldilən BK “1xBet”, 250-dən çox ödəniş sistemi ilə əməkdaşlıq edir və 30 dildə gecə-gündüz müştərilərə dəstək verir.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı