Meksika millisinin üzvü "Atletiko"da - rəsmi

Meksika millisinin üzvü "Atletiko"da - rəsmi
DÜNYA FUTBOLU 4 İyul 2019 / 01:00 3198
-  A +

“Atletiko” heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az xəbər verir ki, Madrid klubu son olaraq “Portu”da çıxış edən Hektor Herreranın keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Meksika millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. O,  ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub.

Qeyd edək ki, “Atletiko” bu yay “Benfika”dan Joao Feliksi, “Atletiko Paranaense”dən Renan Lodini, “Real”dan Markos Lyorenteni və “Portu”dan Felipeni də transfer edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner