Şeydayev "Dinamo"ya keçidindən danışdı

Şeydayev "Dinamo"ya keçidindən danışdı
ÖLKƏ FUTBOLU 2 İyul 2019 / 19:10 6124
-  A +

“Bu kluba keçidimə görə xoşbəxtəm. Əfsanəvi kluba Premyer Liqada ən üst sıralarda yer almaqda, avrokuboklara vəsiqə qazanmaqda kömək etmək istəyirəm".
 
Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Moskva "Dinamo"suna keçidi ilə bağlı danışarkən deyib.

23 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında paytaxt klubundan təklif alarkən çox düşünmədiyini bildirib: "Danışıqlar elə də uzun sürmədi. Hər şeyi düşündüm, ailəmlə, valideynlərimlə məsləhətləşdim və artıq burdayam (gülür). Baş məşqçi ilə də söhbətim oldu və bu, məndə ən xoş təəssüratlar yaratdı. Qarşımda hansısa fərdi hədəflərim varmı? Hücumçunun hədəfi rəqib qapısıdır.  Öz oyunumla, vurduğum qollarla, məhsuldar ötürmələrimlə “Dinamo”ya yardım etməyə çalışacağam”.
 
Xatırladaq ki, Şeydayev "Dinamo" ilə bu gün 1 illik müqavilə imzalayıb.

Son xəbərlər
topaz banner