"Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı dördüncü oyunumuzda rəqibimiz Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər. Rəqib, futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniyanın “Makedoniya GP” klubuna 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçından sonra deyib.
Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivlərinə yazmaq olar: "İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasındakı nəticə olacaq. Ümumi götürdükdə, toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq".
Qeyd edək ki, “Səbail” toplanış zamanı bundan əvvəl Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın “Klinçeni” klubu ilə qolsuz heç-heçə edib.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu