"Roma"dan yeni transfer

"Roma"dan yeni transfer
DÜNYA FUTBOLU 1 İyul 2019 / 13:29 2678
-  A +

"Roma" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Napoli"dən Amadu Diavaranı transfer edib. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. "Canavarlar" bu keçid üçün Neapol təmsilçisinə 21 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxıb.

Son xəbərlər