PSJ Neymarla bağlı qərarını dəyişdi

PSJ Neymarla bağlı qərarını dəyişdi
DÜNYA FUTBOLU 30 İyun 2019 / 14:05 8360
-  A +

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Neymarla bağlı fikrini dəyişib.

Qol.az-ın "Telefoot" nəşrinə istinadən yaydığı xəbərə görə, qətərli iş adamı braziliyalı futbolçunun satılması ilə bağlı heç bir klubla danışıq aparmayacaqlarını bildirib. O, 27 yaşlı forvardın komandada qalmasını istəyir.

Qeyd edək ki, bir müddət öncə PSJ-nin Neymarı satmağa hazır olduğu və onun yenidən "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.


Son xəbərlər