PSJ prezidentin oğlunu satdı - 10 milyona

PSJ prezidentin oğlunu satdı - 10 milyona
DÜNYA FUTBOLU 30 İyun 2019 / 11:43 6066
-  A +

PSJ-nin hücumçusu Timoti Vea komandadan ayrılıb.

Qol.az xəbər verir ki, Paris klubu 19 yaşlı futbolçunu 10 milyon avro qarşılığında "Lill"ə satıb. Məlumatı klubun rəsmi saytı yayıb. Vea ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vea əfsanəvi futbolçu, hazırda isə Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Seltik"də keçirən gənc hücumçu 13 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.


Son xəbərlər