"Neftçi"nin rəqibi böyük hesabla uduzdu

"Neftçi"nin rəqibi böyük hesabla uduzdu
DÜNYA FUTBOLU 29 İyun 2019 / 22:55 4187
-  A +

Moldova çempionatında 15-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa" bu tur səfərdə "Şerif"in qonağı olub. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 6-cı sırada qalıb.

Xatırladaq ki, "Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-də Kişinyovda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq və yerli vaxtla 21:00-da start götürəcək.

Son xəbərlər