"Qarabağ"ın rəqibindən rəsmi transfer

"Qarabağ"ın rəqibindən rəsmi transfer
DÜNYA FUTBOLU 29 İyun 2019 / 19:08 3844
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Albaniya təmsilçisi Rron Broyanı transfer edib. Kosovolu yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı oyunçunun son klubu Makedoniya "Skopye"si olub. O, Kosovonun U-21 yığmasında da çıxış edib.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Albaniyada keçiriləcək. Matç Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı həmin qarşılaşma isə yerli vaxtla 21:00-da start götürəcək.

Son xəbərlər