PSJ Mbappeni razı sala bilmir

PSJ Mbappeni razı sala bilmir
DÜNYA FUTBOLU 29 İyun 2019 / 18:14 5252
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe komandanı tərk etmək istəyir.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyinin 20 yaşlı futbolçu ilə müqavilə müddətini uzatmaq cəhdləri nəticəsiz qalıb. Fransız forvard PSJ-dən getmək istəyini gizlətmir. O, daha böyük hədəfləri olan klubda, xüsusilə "Real"da çıxış etməyi arzulayır.

Qeyd edək ki, Mbappenin PSJ ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.


Son xəbərlər