Qrizmannın "Barselona"dakı məvacibi müəyyənləşdi

Qrizmannın "Barselona"dakı məvacibi müəyyənləşdi
DÜNYA FUTBOLU 29 İyun 2019 / 17:45 7536
-  A +

"Atletiko"dan ayrılan Antuan Qrizmann "Barselona" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı hücumçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. 28 yaşlı futbolçu "Barsa"da ilinə 16.7 milyon avro qazanacaq.

Qeyd edək ki, "Barselona" Qrizmanna görə "Atletiko"ya 120 milyon avro təzminat ödəyəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner