"Atletiko" braziliyalı müdafiəçi aldı - Rəsmi

"Atletiko" braziliyalı müdafiəçi aldı - Rəsmi
DÜNYA FUTBOLU 29 İyun 2019 / 17:05 3239
-  A +

"Atletiko" heyətinə yeni futbolçu qatıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Atletiko Paranaense"nin müdafiəçisi Renan Lodinin keçidini həll edib. 22 yaşlı oyunçunun klubu ilə razılıq əldə edən "Aletiko" bu transfer üçün qarşı tərəfə 25 milyon təzminat ödəyəcək. Braziliyalı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Atletiko Paranaense"nin yetirməsi olan Renan Lodi 2016-cı ildən əsas komandada çıxış edir.


Son xəbərlər