"Mançester Yunayted"dən yeni transfer - rəsmi

"Mançester Yunayted"dən yeni transfer -  rəsmi
DÜNYA FUTBOLU 29 İyun 2019 / 15:34 4029
-  A +

“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “mankunyanlar”  “Kristal Palas”dan Aaron Uan-Bissakanı transfer edib. 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Müqavilənin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci ildən “Kristal Palas”da çıxış edən Konqo əsilli ingiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 35 oyuna 3 qol ötürməsi edib.


Son xəbərlər