Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.
Qo.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulub.
84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı əvvəlcə hollandiyalı Tirol Darnel Lardini məğlub edib - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib. O, üçüncü dueldə türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) yarımfinala yüksəlib. Bu mərhələdə Qoqita Arkaniana (Gürcüstan) 8:0 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Finalda onun rəqibi xorvatiyalı İvan Kvesiç olub. Minimal hesablı (1:0) qələbə qazanan Qurbanlı II Avropa Oyunlarının qızıl medalına sahib çıxıb. Bu, ölkəmizin II Avropa Oyunlarında 5-ci qızıl medalı olub.
Kata növündə Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Onun bu mərhələdəki xalı (25.40) finala vəsiqə üçün yetərli olmayıb. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışıb. 25.46 xal toplayan karateçimiz rəqibini üstələyərək, bürünc medala sahib çıxıb.
Qadınların yarışında İrina Zaretskanın (68) rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Final yolundakı son rəqib ukraynalı Halina Melnik olan Zaretska 1:0 hesablı qələbə sayəsində finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi ilk görüşdə bərabərə qaldığı italyan Silviya Semeraro olub. Eyni rəqibə bu dəfə 1:5 hesabı ilə uduzan karateçimiz gümüş medalla kifayətlənib.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"