"Mançester Yunayted"dən Ekvador klubuna

"Mançester Yunayted"dən Ekvador klubuna
DÜNYA FUTBOLU 29 İyun 2019 / 09:48 3467
-  A +

"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu bəlli olub.

Qol.az xəbər verir ki, ekvadorlu müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu elita təmsilçisi "LDU Kito" ilə müqavilə bağlayıb. Klubun saytı təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan İspaniya La Liqa təmsilçisi "Vilyarreal"a keçmişdi. O, "Rekreativo" və "Uiqan" klublarında da çıxış edib. Ekvador millisinin üzvü 2009-2019-cu illərdə "Mançester Yunayted"də oynayıb.

 


Son xəbərlər