"Qalatasaray"dan növbəti transferlər

"Qalatasaray"dan növbəti transferlər
DÜNYA FUTBOLU 29 İyun 2019 / 02:15 6322
-  A +

"Qalatasaray" daha iki futbolçu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Malatyaspor"la müqaviləsi başa çatan Adem Büyükü transfer edib. 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.


"Qalatasaray" eyni zamanda Nigeriyanın “Enyimba” klubundan Valentin Ozornvafori alıb. 20 yaşlı müdafiəçi 4 illik müqaviləyə qol çəkib. "Cim-Bom" bu transfer üçün 300 min avro təzminat ödəyib.

Xatırladaq ki,  "Qalatasaray" bundan əvvəl Rayan Babeli transfer edib.


Son xəbərlər