"Verder"in hücumçusu "Fənərbaxça"da - rəsmi

"Verder"in hücumçusu "Fənərbaxça"da - rəsmi
DÜNYA FUTBOLU 29 İyun 2019 / 00:44 4889
-  A +

"Fənərbaxça" "Verder"in futbolçusu Maks Kruzeni transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniyalı oyunçunun müqaviləsi Bundesliqa təmsilçisi ilə iyunun 30-u başa çatacağı üçün o, azad agent kimi İstanbul klubuna keçib.

Qeyd edək ki, Kruze ötən mövsüm Bundesliqada 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.


Son xəbərlər