Millimizin üzvü Rüfət Dadaşov Almaniya üçüncü bundesliqa təmsilçisi "Proyssen"in düşərgəsinə qayıdıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə görə, o, istirahət vaxtından bir gün əvvəl məşqlərə başlayıb.
Millimizin hücumçusu Dortmund "Borussiya"sının ikinci komandası ilə yoxlama görüşündə (2:3) də iştirak edib. 27 yaşlı oyunçu 73-cü dəqiqədə meydana daxil olub.
R.Dadaşov millidəki çıxışı ilə bağlı bildirib: "Millidə üç uzun həftə keçirdim. Çox oynamasam da, yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İstirahətdən sonra özümü yenilənmiş kimi hiss edirəm. Amma əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə ümid edirəm".
Komandanın baş məşqçisi Sven Hübşer millimiz üzvü haqda danışıb: "Rüfət oynamaq istəyirdi. Komandaya yenicə qoşulduğu üçün onu oynatmağı düşünmürdük. Ancaq o, israr etdi. Biz də buna icazə verdik, amma meydanda çox olmadı".
Qeyd edək ki, R.Dadaşov Avro-2020-nin seçmə mərhələsində bu ay keçirilən Macarıstan və Slovakiya ilə oyunlar üçün millimizə çağırılmışdı.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"