"Bu oyuna ciddi hazırlaşmışdıq. "Kaysar"la matçdan sonra bərpa üçün az vaxtımız var idi. Amma uşaqlara afərin, qarşılaşmaya köklənə və azarkeşlərimizə baxımlı oyun göstərə bildilər".
Qol.az xəbər verir ki, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan Premyer Liqasının 15-ci turunda evdə "Okjetpes" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edən azərbaycanlı qolkiper azarkeşlərə təşəkkür edib:
"Stadiondakı atmosferi qeyd etmək istərdim. Çox xoşuma gəldi. Hər şey möhtəşəm idi. Bizi dəstəklədikləri üçün onlara təşəkkür edirəm".
Balayev süni meydançadan sonra təbii örtükdə oynamağın komandaya mənfi təsir etmədiyini söyləyib: "Süni və təbii örtük arasında hər zaman fərq olur. Ona görə də bir neçə həftə bu meydançada hazırlaşdıq. Oyunöncəsi məşqi də burada keçdik. Düşünürəm ki, hamı meydançaya tam öyrəşdi. Uyğunlaşma prosesi yaxşı keçdi. Oyunda da göründü ki, bizi narahat edən hansısa məqam olmadı. Külək və hava şəraiti də futbola mane olmadı, hər şey əla alındı".
Qeyd edək ki, "Tobol" bu qələbədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider "Astana"ya çatıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir