Bu gün “Minsk 2019” 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizə aparacaq.
Qol.az xəbər verir ki, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışacaq.
Cüdo
90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev 1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gələcək.
Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.
Uşanqi Kokauri (100+) isə 1/8 finalda Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.
Boks
56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.
Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydılıq gətirəcək.
Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.
Qadınların yarışına gəldikdə, 69 kiloda Məryəm Cəbrayılova 1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.
Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.
Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov - İlya Qrişunin cütlüyü yarışacaq.
Qeyd edək ki, aktivində 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Rusiya 19 qızıl, 10 gümüş və 10 bürünclə birincidir.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda