"Minsk 2019" 2-ci Avropa Oyunlarında sambo yarışları davam edir.
Qol.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finalda litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşdə 4:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.
Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Təsəlliverici görüşdə estoniyalı Vadim Fominə qalib gələn C. Qarayev bürünc medal uğrunda Gürcüstan idmançısı Gennadi Çirqadze ilə mübarizə aparacaq.
Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora məğlub olub - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryanla qarşılaşıb və 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda