Bu gün 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız yarışacaq.
Qol.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil edilən oyunların 3-cü günündə təmsilçilərimiz akrobatika gimnastikası, bədii gimnastika, boks, cüdo, sambo, şose velosipedi, gülllə atıcılığı və stend atılığındə qüvvəsini sınayacaq.
Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında mübarizə aparacaq. Ötən gün bir gümüş və bir bürünc medal qazanan gimnastlarımız bu gün də buna cəhd edəcək.
Bədii gimnastika üzrə yığma komandamız üç növdə – üç dairə və dörd gürzlə, beş topla və çoxnövçülük üzrə qrup hərəkətləri yarışlarında medallar uğrunda yarışacaq.
Kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (49 kq) 1/8 finalda İsrailli David Alaverdiyan ilə qarşılaşacaq. Məsud Yusifzadə (52 kq) isə 1/8 finalda ukraynalı Dmitro Zamotayev ilə görüşəcək. Bəxtiyar Qazıbəyov (64 kq) isə 1/16 finalda Niderland idmançısı Enriko Lakruz ilə üz-üzə gələcək. Həmçinin ötən gün 1/16 finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksələn Kamran Şahsuvarlı (75 kq) bu gün İrlandiya təmsilçisi Maykl Nevin ilə qarşılaşacaq.
“Minsk 2019”da Azərbaycan komandasının bayraqdarı - cüdoçu Rüstəm Orucov (73 kq) 1/32 finalda monteneqrolu Sedriç Bessi ilə qüvvəsini sıanayacaq. Bu çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Hidayət Heydərov 1/32 finalda macarıstanlı Miklos Unqvari ilə üz-üzə gələcək. Qadın cüdoçularımızdan Nuriyyə Axundova (63 kq) isə 1/32 finalda rumıniyalı Adelina Dobre Stefania ilə qarşılaşacaq.
Sambo yarışlarında üç idmançımız 1/4 finalda mübarizə aparacaq. Ağasif Səmədov (52 kq) litvalı Gintaras Katkus, Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidis, Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpor ilə qarşılaşacaq.
Şose velosipedi yarışında isə ölkəmizi Elçin Əsədov təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunlarında 1 gümüş, 3 bürünc medal qazanıblar. Komandamız medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda