Bu günlər "Neftçi"nin prezidenti Kamran Quliyev başda olmaqla klubun rəhbərliyinin öz yetirmələri olan Mirabdulla Abbasova münasibətdə sərgilədiyi ədalətsiz və insafsızcasına davranış, nəhayət, bir suala cavab vermək zərurəti də yaradır: bizim klub funksionerləri gənclərdən nə istəyir və onların inkişafının qarşısını niyə kəsir?
Mirabdulla Abbasovun 24 yaşı var. O, ötən ilin yayından qışına qədər komandasında uğurlu bir dönəm keçirdi. Dabo ilə birgə, gərək ki, altı qolla “Neftçi”nin ən yaxşı iki bombardirindən biri də oldu. Bu qollar sayəsində “ağ-qaralar” əzəli rəqibi “Qarabağ”ı 3 xal geridə qoyaraq, liderliyə də yüksəldi. Uğurlu oyunu onunla nəticələndi ki, Mirabdulla “Futbol+” qəzetinin sorğusunda səs çoxluğu ilə 2018-ci il üçün Azərbaycanın ən yaxşı futbolçusu seçildi. Amma qəribə və təəccüblüdür ki, qış fasiləsi bitəndən sonra komandanın italiyalı baş məşqçisi Roberto Bordin yaxşı formada olan yerli gənc hücumçunun əvəzinə öz həmyerlisi - 32 yaşlı “qoca” Canluka Sansoneni “Neftçi”yə gətirdi. Bundan sonra yaxşı istedadı, potensialı olan Mirabdulla ehtiyata atıldı, üstünlük Sansoneyə verildi. Nəticədə Mirabdulla əksər oyunlarda ikinci hissənin ortaları, ya da sonları meydana buraxıldı. İtaliyalı hücumçunun “Neftçi”yə olmayan xeyiri haqda isə, ümumiyyətlə, danışmağa dəyməz. 11 oyuna cəmi 2 qol. Cəmi dörd ay sonra “Neftçi” rəhbərliyi səhvini anlayaraq, Sansone ilə müqaviləni ləğv etdi. Bəs, bu tragikomediyada qazanan kim oldu? Əlbəttə, “Neftçi”yə faydası dəyməyib, amma əvəzində cəmi 4 aya onminlərləmi, yaxud yüzmindən çoxmu avro qazanan futbol opilkası Sansone və menecer çetesi. İtirən bugün doğma klubundan haqlı olaraq qəlbi inciyən Mirabdulla, daha böyük zərbə alan isə Azərbaycan futboludu. Bəs, haqsızlığın, ədalətsizliyin, nəhayət, bu qədər pulun boş-boşuna havaya sovrulmasının səbəbkarı kimdi? Transferi həyata keçirən Bordinmi, yoxsa bu transferə rəsmi imza atmaqla razılıq verən, bununla da layiq olmadığı halda bir yerli gənc oyunçunun ehtiyatda oturdulmasına şərait yaradan Kamran Quliyevmi?..
Səbəbkar hər kim olursa olsun, nəticə odur ki, bir yerli oyunçumuzun haqqı tapdanıb, inkişafda olan karyerasına zərbə vurulub. Bütün bunlardan sonra Mirabdullanın “Neftçi”dən ayrılmaq istəməsi normaldır. Amma Kamran Quliyev bu gün tərsliyinə salıb onun komandadan getməsinə süni problemlər yaradır. Adını da qoyur ki, Mirabdulla bizim oyunçudur. Elə isə qəlbini qırdığınız bir oyunçunun könlünü də almağı bacarın, bu istedadlı futbolçunun karyerasını məhz indiki klubunda normal şəkildə davam etdirməsinə şərait yaradın.
Bir klubun prezidentinin mənəvi vəzifəsi həm də böyüklük edib güzəştə getmək bacarığıdır. Kamran Quliyevin Mirabdullaya münasibətdə indiyə qədər etdikləri isə böyüklük deyil, sadəcə, cılız davranışdır...
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir