"Bizim üçün pis püşk olmadı. Amma unutmaq olmaz ki, avrokuboklarda zəif rəqib yoxdur. Hər bir komandaya hörmətlə yanaşmaq lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ının müdafiəçisi Anri Haquş klubun rəsmi saytına açıqlamasında deyib. Püşkün nəticəsinə görə, Rusiya təmsilçisi 2-ci raundda "Sperantsa" - "Neftçi" cütünün qalibi ilə qarşılaşacaq. 32 yaşlı futbolçu avrokubok oyunları üçün uzaq səfərə getməyəcəkləri üçün sevinir:
"Mövsüm ərzində səfərlərimiz, uçuşlarımız çox olduğu üçün uzaq məsafə bizi qorxutmur. Buna baxmayaraq, bərpa prosesi baxımından qısa səyahətlər çox yaxşıdır. Ancaq buna o qədər də fikir verməməliyik. Sadəcə, meydana çıxıb qələbə qazanmalı və yolumuza davam etməliyik".
"Arsenal" Avroliqanın 2-ci təsnifat mərhələsində ilk oyunu evdə keçirəcək. Haquş bunu üstünlük hesab etmir: "Deməli, cavab oyunu öncəsi yaxşı başlanğıc etməliyik. Əminəm ki, tribunalarda anşlaq olacaq, azarkeşlər bizi hücuma səsləyəcəklər. Bu, bizim üçün böyük üstünlükdür. Bütün Tula bölgəsi üçün tarixi hadisə olacaq. Yerli azarkeşləri yaxşı oyun və nəticə ilə sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər