"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin prezidenti Qazmend Demi püşkü dəyərləndirib.
Qol.az xəbər verir ki, albaniyalı iş adamı yerli "Report" telekanalına müsahibəsində Ağdam klubunun avrokuboklarda kifayət qədər təcrübəsi olduğunu bildirib:
"Qarabağ" bizdən daha təcrübəli komandadır. Yaxşı heyəti var. Uzun illərdir Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər".
Q. Demi "Qarabağ"ın güclü rəqib olduğunu etiraf etsə də, komandasına inandığını söyləyib: "Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblə meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik".
Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi